“Merkelin gedişi Qərbin uğurudur” - Avropada YENİ DÖVR
"Merkelin siyasətdən getməsi Qərbin "soyuq müharibə"nin bitməsindən bəri bəlkə də ən böyük uğurudur”. Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. Onun sözlərinə görə, Merkel özünü beynəlxalq siyasətdə faktiki olaraq, Putinin Almaniya, Avropa Birliyi və NATO-dakı səlahiyyətli nümayəndəsi kimi aparırdı: "Rusiyanın revanşizmində, Gürcüstanı və Ukraynanı işğal etməsində, transatlantik bölünmələrdə Merkelin rolu böyükdür. Onun gedişi ilə Almaniya daha atlantikçi siyasət yeridəcək.