\"Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var\" - Nazir

\
"Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi postmünaqişə reabilitasiyasını yavaşladır”.

Sfera.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan öz öhdəliklərinə sadiq qalaraq minaladığı Azərbaycan ərazilərinin xəritələrini təhvil vermir, buna görə də ona əlavə təzyiq göstərilməsinə ehtiyac var.

"Ermənistan bütün minalanmış ərazilərin razılaşdırılmış xəritələrini təqdim etməyib. Bu postmünaqişə reabilitasiyasını və azad edilmiş ərazilərdə tikinti işlərini yavaşladır və qaçqın və məcburi köçkünlərin öz ərazilərinə təhlükəsiz qayıdışı qarşısında ciddi baryer yaradır. Azərbaycan hazırda dünyanın ən ağır şəkildə minalanmış ölkələrindən biridir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən fərq qoymadan döşənmiş minaların partlaması nəticəsində 71-i mülki şəxslər olmaqla 180 Azərbaycan vətəndaşı həlak olub və ya ciddi xəsarətlər alıb. Onların arasında jurnalistlər və media işçiləri də var. Bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəliklərə uyğun olaraq minalanmış ərazilərin xəritələrini təqdim etməsi üçün Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var”, - deyə nazir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...