Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI

Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI
"Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq güc yolu ilə yaratdığı qondarma "reallığı” əvəz edən ədalət və asayişi bərpa edir”.

Sfera.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildən sonra ilk dəfə sülh əldə edilə bilər:

"Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü irəliyə doğru mühüm addımdır. Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib.

Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək”.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...