Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün görüşə bilər

14:15 / 03.12.2021
785
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilə bilər.
Sfera.az xəbər verir ki, bunu "Azatutyun”a açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində dekabrın 2-də İsveçdə görüş keçiriləcəyi bildirilirdi.