Ölkə daxilində müxtəlif baxışların olması təbiidir ancaq ... – ŞƏRH
Demokratik dəyərləri özü üçün əsas prioritet hesab edən və bunu tətbiq edən ölkələrin başlıca göstəricisi şübhəsiz ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsidir. Maraqlıdır, bu gün qeyd edilən dəyərlərlə bağlı ölkəmizdə durum necədir? Mövzu ilə bağlı Sfera.az -a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir: "Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə