Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ
Kateqoriya məlum deyil
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov əfv sərəncamı ilə azad edilib.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamında onun da adı var.
Xatırladaq ki, Saleh Rüstəmli 2018-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Saleh Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.






