Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başladı
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Sfera.az xəbər verir ki, səfərdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə, iki gün davam edəcək.