Milli Məclis 3 sənədi ratifikasiya etdi

Milli Məclis 3 sənədi ratifikasiya etdi
Kateqoriya məlum deyil
T

Milli Məclis 3 sənədi ratifikasiya edib.

 

Sfera.az xəbər verir ki, bu barədə qanun layihələri Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

 

Sözügedən qanun layihələri aşağıdakılardır:

 

-  “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

- “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

- “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ