“Paşinyanın dediklərində həqiqət var…” – Azərbaycan müharibəyə hazırlaşır?
“Paşinyan cəmiyyətə izah etməyə çalışır ki, belə getsə, yeni müharibə olacaq. Əslində, dediklərində həqiqət payı böyükdür. Azərbaycanın yeni savaşa hazırlaşdığını bildirən Paşinyan bir detalı unudur - Azərbaycan yeni savaşa deyil, savaşlara hazırlaşır”. Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, Azərbaycan mümkün savaş zamanı logistikanı nəzərə alır: “Əgər yeni savaş olarsa, Qarabağda inşa edilən aerodromlardan bizim “Bayraktar”larımız qalxacaq, 44 gündən