Əminə Ərdoğan və NATO liderlərinin xanımları “Diana hamamı çeşməsi” qarşısında - FOTOLAR
NATO-nun hal-hazırda İspaniyanın paytaxtı Madriddə keçirilən sammiti dünyanın diqqət mərkəzindədir.
Sfera.az xəbər verir ki, liderlər görüşlər keçirərkən xanımları da İspaniya kraliçası Letisiya Ortiz Rocasolano tərəfindən "San İldefonso Kral Sarayı"nda qonaq edilib.
Liderlərin xanımları “Diana hamamı çeşməsi” qarşısında şəkil çəkdiriblər.
Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın da aralarında olduğu liderlərin xanımları kral sarayındakı xalça fabrikini gəzib, divar xalçalarının istehsal edildiyi bölmə ilə tanış olublar.
Daha sonra "Kral Şüşə Zavodu"na keçən xanımlara fabrikin tarixi və kral ailəsi ilə əlaqələri haqqında məlumat verilib.
Onlara qədim zamanlardan şüşə istehsalı prosesində istifadə olunan texniki vasitələr təqdim edilib və alətlərin bu gün necə istifadə edildiyi anladılıb.
Daha sonra "Reina Sofia Milli İncəsənət Muzeyi"nə gedən xanımlar kraliça ilə birlikdə muzeyi gəziblər.
Vəsilə İbrahim
Sfera.az










