Bolqarıstan 70 rusiyalı diplomatı ölkədən QOVUR
Kateqoriya məlum deyil
Bolqarıstan Rusiyanın Sofiyadakı diplomatik missiyasının 70 əməkdaşını ölkədən çıxaracaq.
Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov məlumat verib.
“70 yerlik təyyarənin bazar günü Moskvaya dönəcəyini gözləyirik”-deyə, o bildirib.
Məlumata görə, Rusiyanın Sofiyadakı səfirliyində 150-yə yaxın diplomatik işçi çalışır, ona görə də bu qərar əməkdaşların yarıya qədər ixtisar edilməsi deməkdir.






