“NATO-nun güclənməsi..." - Ərdoğan-Bayden görüşü BAŞA ÇATDI/YENİLƏNDİ
Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq yekunlaşıb.
Sfera.az xəbər verir ki, görüş 1 saat 10 dəqiqə davam edib.
“NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək”, - Ərdoğan söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır.
Bayden isə Ərdoğana Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.
Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi gözlənilir.
***
20:16
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb.
Sfera.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Görüş NATO-nun Madriddəki sammiti çərçivəsində baş tutub.






