ABŞ Ukraynaya əlavə 1,7 milyard dollar yardım ayırdı
Ukrayna ABŞ hökumətindən 1,7 milyard dollar məbləğində növbəti qrant alıb. Sfera.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat yayıb. “Vəsaitlər Dünya Bankının trast fondunun mexanizmi vasitəsilə təmin edilib və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə, o, bildirib. Xatırladaq ki, Ukrayna təkcə ötən ay Dünya Bankından 967,4 milyon dollar, Kanada hökumətindən 779,0 milyon dollar, Yaponiya