Ərdoğanla Paşinyan nələri müzakirə etdi? -  İLK TELEFON DANIŞIĞI

Ərdoğanla Paşinyan nələri müzakirə etdi? -  İLK TELEFON DANIŞIĞI

“Ərdoğanla Paşinyan arasında ilk dəfə telefon danışığı baş tutub. Bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri 13 il öncəkindən fərqli olaraq, indi Bakının maraqları çərçivəsində baş tutur:

 

“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasında hər iki tərəfin öz marağı var. Belə ki, Ermənistan, Türkiyə - Qərb bazarına çıxış əldə etmək istəyir. Rəsmi İrəvan Kreml qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir.

 

Türkiyəyə gəldikdə isə rəsmi Ankara hazırda qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək niyətindədir. Bu mənada Bakı ilə Ankaranın maraqları uzlaşır. Belə ki, Bakı ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanmasını istəyir. Azərbaycan başa düşür ki, iki ölkə münasibətləri normallaşsa Ermənistana Türkiyə, həm də Azərbaycanın təsir etmək imkanı yaranacaq”. 

 

Ekspert qeyd edib ki, bu günə qədər həm Qərb, həm də Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR