Ermənistan köhnə siyasətinə qayıdır – Bakı nə etməlidir?

Ermənistan köhnə siyasətinə qayıdır – Bakı nə etməlidir?

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması diqqət çəkir. Xüsusilə erməni tərəfinin iki ölkə arasında danışıqlar prosesinin intensivləşdiyi bir zamanda belə təxribatlara əl atması suallar yaradır.

Maraqlıdır, indiki məqamda ermənilərin sülh gündəliyini süni şəkildə sabotaj etməsinin səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açqlama verən  Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Ermənistan üçün danışıqlar prosesi və ya münasibətlərin normallaşması maraqlı deyil:

 

“Sülh sazişi, delimitasiya və demarkasiya mövzusu ermənilər üçün indi aktual görünmür. Bu prosesdə rəsmi Bakı daha maraqlıdır. Hesab edirəm ki, rəsmi İrəvan artıq öz seçimini edib. Onları danışıqlar maraqlandırmır.  Əslində burada təəccüblü heç nə yoxdur. Yəni ermənilər köhnə siyasətlərinə dönüş edirlər. Çünki ərazi iddiaları, əsassız tələbləri hələ də qüvvədədir. Onlar düşünürlər ki, Azərbaycanın vəziyyəti dəyişmək imkanı yoxdur”.

 

T.Zülfüqarovun sözlərinə görə, ermənilərin köhnə siyasətinə qayıtmasında Kremlin rolu var:

 

“Rus sülhməramlıları köhnə erməni siyasətinin indiki şəraitdə davam etdirməsinə əsas verirlər. Bu mənada indi əsas məqsəd sülhməramlılara pressinqlər və onlarla danışıqların aparılmasıdır. Onlardan tələb olunmalıdır ki, 10 noyabr razılaşmasının müddəalarını həyata keçirsinlər. Aydın məsələdir ki, Ukrayna müharibəsi səbəbindən ruslar Qarabağ məsələsi ilə məşğul olmaq istəmir. Çünki ruslar Ermənistan və Azərbaycanın mövqeyi arasında seçim etməli olacaq. Bu isə Kremlə sərf etmir. Bu baxımdan ruslar vaxtı uzatmaq taktikasına üstünlük verir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR