Logo

Kim Çen Indan Putinə DƏSTƏK - Qondarma LXR və DXR-i TANIDI

Kim Çen Indan Putinə DƏSTƏK - Qondarma LXR və DXR-i TANIDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya  Luqansk və Donetsk "respublikaları"nın (DXR və LXR) müstəqilliyini tanıyıb.

Sfera.az xəbər verir ki, bu barədə "Donetsk Xalq Respublikası"nın lideri Denis Puşilin məlumat verib.

O, Şimali Koreyaya təşəkkür edib:

“Donetsk Xalq Respublikasının beynəlxalq statusu və dövlət quruluşu möhkəmlənməyə davam edir. Bu, diplomatiyamızın növbəti qələbəsidir. Bu siyasi qərar iqtisadi sahədə əlaqələrin gələcək inkişafı üçün əsas olacaq. İkitərəfli tərəfdaşlıq dövlətlərimizin biznesləri üçün ticarət coğrafiyasını böyüdəcək.Əminəm ki, bizi səmərəli və məhsuldar əməkdaşlıq gözləyir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən öncə xalqa müraciətində "Luqansk və Donetsk respublikaları"nın müstəqilliyini tanıdığını bəyan edib. Rusiyadan sonra Suriyadakı Əsəd rejimi də qondarma respublikaların "müstəqilliyini" tanıdığını bəyan edib.

Vəsilə İbrahim,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR