Pərvin Kərimzadə: Azadlığına qovuşan Cəbrayıl sürətlə bərpa olunur
Cəbrayıl rayonunun işğaldan azad olunmasından iki il ötür. Cəbrayılın azad olunması rayonun 27 illik erməni işğalına son qoydu. Bu illər ərzində 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni vandallığına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Kənd və şəhərlərimizin erməni işğalı dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə,