Rusiya Vardanyanı “şahmat taxtası”na çıxarır – Bakının reaksiyası necə olacaq?

Rusiya Vardanyanı “şahmat taxtası”na çıxarır – Bakının reaksiyası necə olacaq?

“Arayik Arutyunyan erməni milyarder Ruben Vardanyana “dövlət naziri” postunu məhz Praqa görüşlərindən öncə təklif edib. Bu, o deməkdir ki, Qarabağdakı separatçı rejim üzərində nəzarət artıq Moskvanın əlindədir”.

 

Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. O qeyd edib ki,  Vardaryana “dövlət naziri” postu təklifinin arxasında Rusiya dursa da, bu, ABŞ-dakılara da əl verir:

 

“Bu səbəbdən Paşinyanla komandasındakılar da səslərini çıxarmırlar. Halbuki Vardanyanın gələcəkdə Ermənistanın başına gətirilməsi üçün Qarabağa atıldığını onlar hər kəsdən daha yaxşı anlayırlar. ABŞ-ın Ermənistanda artan təsirini də nəzərə alaraq demək olar ki, hərbi çevrilişsiz Rubenin Ermənistanda baş nazir təyin olunması çox çətindir.  Ona görə də Vardanyanın Xankəndində “eşələnməsi” Paşinyan üçün elə də böyük təhlükə vəd etmir, əksinə onu bir az rahatladır. Axı o, çoxdandır ölkəsinin yox, məhz Rusiyanın Qarabağda Azərbaycanla üz-üzə gəlməsinə çalışırdı. Vardanyanın “dövlət naziri” təyinatı isə yəqin buna yol açacaq addımlardan biri kimi  qiymətləndirilir.  Zənnimcə,  Vaşinqtondakılar da oxşar düşüncədədirlər və onlar da Azərbaycanla Türkiyəni Rusiya ilə toqquşdurmaqda maraqlıdırlar”.

 

Deputat qeyd edib ki, Vardaryan uydurma rejimin “dövlət naziri” vəzifəsinə razılaşacaqsa, deməli, Rusiyanın “pis vəziyyətdə qoyulması”qərarına gəlib:

 

“Vardanyanın “dövlət naziri” postuna gətirilməsi xəbərinə Azərbaycanda hələlik ciddi reaksiyanın verilməməsinin isə iki izahı  var. Birincisi, bizim üçün Arutyunyan, yaxud da Xankəndindəki uydurma rejimin hər hansı başqa bir üzvü ilə Vardanyan arasında heç bir fərq yoxdur. Heç kimdirlər, müvəqqətidirlər, digər haylar qalıb yaşasalar da, onlar oradan rədd olacaqlar. Bizim üçün önəmli olan beynəlxalq dərəcəli fırıldaqçının “dövlət naziri” təyinatının ardından Rusiyanın Qarabağda hansı addımları atacağıdır. Reaksiya məhz o zaman üzə çıxacaq. İkincisi,  Vardanyandan öncə bəzi hay kökənli varlılar Azərbaycanın işğal altındakı torpaqlarında nəsə tikmiş, yol salmışdılar. İndi həmin yol kimin xidmətindədir? O tikililərin çoxu hardadır? Qoy, Vardanyan da Qarabağda nə tikir-tiksin. Hamısı Azərbaycana, etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına qalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR