Putin TƏSDİQLƏDİ - Ukraynanın 4 vilayəti Rusiyaya birləşdirilir
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan