Logo

Paşinyan: "TRIPP layihəsinin praktiki icrasına başlanılıb"

Paşinyan: "TRIPP layihəsinin praktiki icrasına başlanılıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

TRIPP layihəsinin inkişafı üzrə şirkətin səhmdarlar sazişinin bir həftə ərzində imzalanması nəzərdə tutulub. Bundan sonra şirkət Ermənistanda qeydiyyata alınacaq və praktiki fəaliyyətə başlamaq imkanı əldə edəcək.

Sfera.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasında sazişə razılıq verilməsi məsələsinin müzakirəsi zamanı bildirib. Paşinyan qeyd edib ki, TRIPP layihəsinin praktiki icrasına hazırlıq işlərinə artıq başlanılıb.

Onun sözlərinə görə, bazar ertəsindən etibarən layihənin dəmir yolu hissəsində ərazinin təmizlənməsi və tikinti sahəsinin hazırlanması işləri aparılır. Paralel olaraq avtomobil yolu, dəmir yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi həyata keçirilir.

Baş nazir bildirib ki, hazırda bu işləri Ermənistan hökuməti icra edir. TRIPP-in inkişafı üzrə şirkət tam formalaşdıqdan sonra işlər ona təhvil veriləcək və prosesin vaxt itirmədən davam etdirilməsi təmin olunacaq. Paşinyan layihəni Ermənistanın müstəqillik əldə etməsindən bəri iqtisadi və maliyyə miqyasına görə ən böyük təşəbbüslərdən biri kimi xarakterizə edib.

O, layihə ilə bağlı məlumatların ictimaiyyətə açıq olmasının vacibliyini də vurğulayıb. Baş nazir bütün proseslərin şəffaf şəkildə aparılacağını və razılaşdırılmış məsələlərin yazılı sənədlərdə əksini tapdığını bildirib.

Qeyd edək ki, noyabrın 23-də Ermənistan və ABŞ hökumətlərinin birgə həyata keçirdiyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin praktiki icra mərhələsinə başlanıldığı elan olunub. Layihə ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regionda tranzit əlaqələrinin inkişafını nəzərdə tutur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR