Logo

Kim Çendən sərt xəbərdarlıq: Nüvə statusuna müdaxilə müharibə elanı sayılacaq

Kim Çendən sərt xəbərdarlıq: Nüvə statusuna müdaxilə müharibə elanı sayılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə dövləti statusuna qarşı hər hansı cəhdi müharibə elanı kimi qiymətləndirəcəklərini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

Kim Çen In noyabrın 25-də nüvə materialları istehsal edən və nüvə silahlarının hazırlanması ilə məşğul olan müəssisələrə səfəri zamanı bildirib ki, ölkəsinin konstitusiyasında təsbit edilmiş nüvə dövləti statusunu şübhə altına almaq və ya ona müdaxilə etmək suverenliyin kobud şəkildə pozulması, eləcə də daxili işlərə qarışmaq deməkdir.

“Biz bunu açıq müharibə elanı, belə bir addım atan tərəfi isə düşmənimiz hesab edəcəyik”, – deyə Şimali Koreya lideri vurğulayıb.

O qeyd edib ki, Pxenyan məsuliyyətli nüvə dövləti kimi hüquqlarından sui-istifadə etmək niyyətində deyil, lakin suverenliyinə qarşı istənilən müdaxilənin qarşısını qətiyyətlə alacaq.

Kim Çen In əlavə edib ki, nüvə silahından hegemonluq vasitəsi kimi istifadə edən qüvvələr mövcud olduqca Şimali Koreya nüvə silahına sahib olmaqdan imtina etməyəcək.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri ölkəsinin hegemonluq və ya ekspansiya siyasəti yürütmək niyyətində olmadığını bildirmişdi. O, Pxenyanın qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərlə əlaqələri gücləndirmək istədiyini qeyd etmişdi.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR