Logo

Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO

Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda noyabrın 26-27-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə genişmiqyaslı ikitərəfli müzakirələr keçiriləcək.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müzakirələr dəyirmi masa formatında təşkil olunacaq. “Erməni Şurası” ictimai təşkilatından “Armenpress”ə bildirilib ki, görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit zamanı təsdiqlənmiş sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması təşəbbüsləri müzakirə ediləcək.

Bundan başqa, iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafı, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş və təhsil sahəsində əməkdaşlıq da müzakirə mövzuları olacaq. Görüşdə, həmçinin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri nəzərdən keçiriləcək.

Məlumata görə, dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti iki ölkə arasında delimitasiya və demarkasiya edilmiş quru sərhədinin müvafiq hissəsindən keçməklə Ermənistana gedib.

Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana əvvəlki səfəri də 2026-cı il fevralın 13-də eyni sərhəd hissəsindən keçməklə baş tutub.

Bəsti Rəfizadə

Sfera.az

Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 1
Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 2
Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 3
Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 4
Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 5
Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - FOTO — foto 6
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR