Logo

ABŞ-dən Ukrayna ilə bağlı iki ssenari: Donbas və NATO məsələsi gündəmdə

ABŞ-dən Ukrayna ilə bağlı iki ssenari: Donbas və NATO məsələsi gündəmdə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli ilə bağlı iki əsas variantın müzakirə olunduğunu açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerə verdiyi müsahibədə bildirib.

Kuşnerin sözlərinə görə, ABŞ nümayəndələri Moskva ilə qapalı danışıqlar çərçivəsində müxtəlif təklifləri nəzərdən keçirirlər.

Onun qeyd etdiyi ilk variant münaqişənin dondurulması, bunun ardınca atəşkəsin əldə olunması və sülhün təmin edilməsidir.

İkinci variant isə Ukraynanın Donbasın bütün ərazisindən imtina etməsi müqabilində NATO-ya tamhüquqlu üzv qəbul olunmasını nəzərdə tutur.

Kuşner ABŞ-nin əsas məqsədinin münaqişənin başa çatmasına imkan verən variantın reallaşdırılması olduğunu vurğulayıb.

Bununla belə, o, Ukraynanın NATO-ya üzvlüyünün hazırkı sülh planının tərkib hissəsi olmadığını da bildirib. Onun sözlərinə görə, hazırda bu məsələnin reallaşmayacağı ehtimalı əsas götürülür.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR