Logo

Zəngəzur dəhlizi ilə bağlı TƏCİLİ MƏLUMAT

Zəngəzur dəhlizi ilə bağlı TƏCİLİ MƏLUMAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan yeni konstitusiya layihəsini dərc etdikdən sonra daha bir razılaşma ilə bağlı hərəkətə keçib.

Sfera.az bildirir ki, Ermənistan mediasında Mehridən canlı bağlantı zamanı TRIPP layihəsinin praktiki mərhələsinə start verildiyi elan edilib.

Zəngəzur (Sünik) vilayətinin qubernatoru Robert Qukasyan canlı yayımda bildirib ki, Mehridə “müstəqillik əldə etdiyi dövrdən bəri Ermənistanın ən iri proqramına” - TRIPP layihəsinə start verilir.

“Hazırda işlər bir neçə sahədə başlayır. Bu, həqiqətən də regional sülhün möhkəmləndirilməsinə, eləcə də Ermənistanın iqtisadi inkişafına yönəlmiş tarixi bir hadisədir. Hazırlıq işlərinin ardınca, təbii ki, artıq əsas irimiqyaslı tikinti işləri başlayacaq və ümid edirəm ki, ən yaxın gələcəkdə bu layihə Ermənistanın, onun əbədi mövcudluğunun və inkişafının naminə reallığa çevriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp TRIPP layihəsinin işə salındığını elan etmişdilər. Beləliklə, Azərbaycan və Ermənistan liderləri arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda, prezident Trampın şahidliyi ilə əldə olunan Zəngəzur dəhlizi - TRIPP layihəsinin də reallaşmasına start verilib./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR