İtaliyalı nazir: “20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim”
Kateqoriya məlum deyil
“20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim”.
Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir Bakıda Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı ildə qanlı 20 Yanvar hadisəsinin qurbanlarının əziz xatirəsini yad etdiyini bildirib:
“Ümid edirəm ki, orada yanan Məşəl onların xatirəsini daim yaşadacaq, orada uyuyan insanlar müstəqillik uğrunda həlak olublar. 20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim”.
Nazir Azərbaycana insan itkisinin qarşısını almaqla bağlı səylərinə görə təşəkkür edib:
“Azərbaycan hər zaman itkilər olmasın deyə çalışır”.
Bəsti Rəfizadə






