Ceyhun Bayramov: "Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiya artır"
“2026-cı ildə SOCAR tərəfindən İtaliya şirkətinin 99,82% səhmlərinin əldə edilməsi layihəsi başa çatdı. Bu, çoxmilyardlıq layihədir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər iki ölkə arasında qarşılıqlı investisiya artır:
“İtaliya şirkətlərinin bu layihələrdə iştirakı təşviq edildi. Artıq ölkələrimiz arasında qarşılıqlı investisiyaların həcmi artmaqdadır. 2026-cı ildə SOCAR tərəfindən İtaliya şirkətinin 99,82% səhmlərinin əldə edilməsi layihəsi başa çatdı. Bu, çoxmilyardlıq layihədir. Bu, ölkəmizin İtaliya bazarına olan marağıdır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən də İtaliyada olan müxtəlif fondlara investisiyalar qoyulub”.
Bəsti Rəfizadə






