Azərbaycan və İtaliya arasında yeni sənədlər imzalanacaq
Kateqoriya məlum deyil
"Azərbaycan və İtaliya arasında əməkdaşlığın hüquqi bazasını təşkil edən 65 sənəd mövcuddur. Hazırda daha 20 sənədin imzalanması istiqamətində müzakirələr aparılır".
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, tərəflər yeni sənədlərin yaxın gələcəkdə imzalanacağına ümid edirlər.
Bəsti Rəfizadə






