Tramp administrasiyasında kadr dəyişiklikləri edəcək?
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp ara seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra administrasiyasında kadr dəyişiklikləri etməyi planlaşdırmır.
Sfera.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının canlı yayımında danışıb.
ABŞ lideri seçkilərin nəticələrinə görə kabinetində dəyişikliklər edib-etməyəcəyi ilə bağlı suala cavabında bunun nəzərdə tutulmadığını bildirib.
“Xeyr, düşünmürəm. Bunun mənim kabinetimlə heç bir əlaqəsi yox idi”, - deyə Tramp qeyd edib.
Bəsti Rəfizadə
Açar sözlər:






