Logo

Tramp: “Gedib İsrailin baş naziri olacağam”

Tramp: “Gedib İsrailin baş naziri olacağam”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib ki, İsraildə populyarlığı o qədər yüksəkdir ki, ora köçərsə, ölkənin baş naziri ola bilər.

Sfera.az xəbər verir ki, Amerika lideri deyib: "Mən İsraildə populyarlıq baxımından birinciyəm. İsraildə 99% bəyənmə reytinqim var. Buna inana bilərsinizmi?"

Tramp qeyd edib ki, əgər insanlar ABŞ-də ondan bezsələr, İsrailə köçüb orada baş nazir olacaq.

Bu arada, “Daily Mail” qəzeti “Morning Consult” mərkəzinin sorğusuna istinadən bildirib ki, Trampın ABŞ-də bəyənmə reytinqi hər iki müddət ərzində rekord həddə düşüb. Sorğuya görə, respondentlərin təxminən yarısı (46%) Ağ Evin hazırkı prezidentini "qəti şəkildə bəyənmədiklərini" bildirib və bu, "qəti şəkildə dəstəkləyənlər”in (22%) nisbətindən iki dəfədən çoxdur. Nəşr qeyd edir ki, Trampın ən güclü rəqibləri ilə ən sadiq tərəfdarları arasındakı fərq tarixi bir həddə çatıb.

“Röyters” xəbər verir ki, Tramp İranla müharibə və daxili iqtisadi vəziyyətlə bağlı ictimai narazılıqla üzləşib./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR