Logo

ABŞ-da seçkilər fonunda fond bazarları yüksəldi

ABŞ-da seçkilər fonunda fond bazarları yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilər fonunda fond bazarlarında əsas ticarət sessiyası qarışıq, lakin əsasən müsbət göstəricilərlə başa çatıb.

Sfera.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, texnologiya şirkətlərinin səhmləri bahalaşıb, hərbi sənaye sektorunda isə fərqli dinamika müşahidə olunub.

Ticarətin yekununda “Dow Jones” sənaye indeksi 0,42 faiz azalaraq 51 769,65 bəndə enib. ABŞ-nin 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi 0,36 faiz artaraq 7 569,08 bəndə, “Nasdaq 100” indeksi isə 0,68 faiz yüksələrək 28 181,25 bəndə çatıb.

Müdafiə sənayesi şirkətlərindən “Lockheed Martin”in səhmləri 0,65 faiz ucuzlaşaraq 639 dollara, “Northrop Grumman”ın səhmləri isə 0,9 faiz azalaraq 550,3 dollara düşüb. “RTX Corporation”ın səhmləri 0,51 faiz, “General Dynamics”in səhmləri isə 0,28 faiz bahalaşıb.

Texnologiya sektorunda daha nəzərəçarpan artım qeydə alınıb. “Nvidia”nın səhmləri 2,29 faiz, “Amazon”un səhmləri 2,06 faiz, “Microsoft”un səhmləri 2,74 faiz, “Alphabet”in səhmləri isə 0,37 faiz yüksəlib.

ABŞ Prezidenti Donald Trampla əlaqəli “Trump Media” şirkətinin səhmləri 5,12 faiz bahalaşaraq 5,95 dollara çatıb. “Tesla”nın səhmləri isə 1,32 faiz ucuzlaşaraq 398,5 dollara enib.

CNBC telekanalının məlumatına görə, Demokratlar Partiyasının seçkilərdə böyük uğur qazanması süni intellekt sektoruna əlavə tənzimləmə təzyiqi yarada bilər. Xüsusilə məlumat mərkəzlərinə mümkün məhdudiyyətlər texnologiya şirkətlərinin səhmlərinə təsir göstərə bilər.

Eyni zamanda, müdafiə xərclərinin məhdudlaşdırılması ehtimalı hərbi sənaye şirkətlərinin səhmləri üçün risk amili kimi qiymətləndirilir./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR