Logo

"Bu vəsaitin 99,5 faizi cinayət işlərinə xərclənib"

"Bu vəsaitin 99,5 faizi cinayət işlərinə xərclənib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

"2024-cü ildə Azərbaycan Respublikasında dövlət tərəfindən hüquqi yardımın göstərilməsi üçün 2 milyon 855 min avro vəsait xərclənib. Lakin bu vəsaitin 99,5 faizi cinayət işlərinə, cəmi 0,5 faizi isə digər məsələlərə yönəldilib".

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Zahid Oruc

“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən bildirib:

"2024-cü ildə ölkəmizdə adambaşına düşən dövlət hüquqi yardımının həcmi 0,28 avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində bu göstərici 0,86 avrodur. Məsələnin digər tərəfi isə vəkillərin sayıdır. Son illərdə görülən işlər nəticəsində ölkədə vəkillərin sayı artıb. 2022-ci ildə hər 100 min nəfərə 20,4 vəkil düşürdüsə, 2024-cü ildə bu rəqəm 24,6-ya yüksəlib. Hazırda ölkəmizdə 3003 vəkil fəaliyyət göstərir. Qlobal miqyasda hər 100 min nəfərə düşən vəkillərin orta sayı ilə müqayisədə Azərbaycanda bu göstərici 24-ə yaxındır. Əlbəttə, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqlidir, lakin göstəricilər arasındakı fərq nəzərəçarpandır".

O vurğulayıb ki, ölkəmizdə vəkillərin regional bölgüsü də bərabər deyil. Belə ki, cəmi 538 vəkilin regionlarda fəaliyyət göstərdiyi bildirilib:

"2024-cü ilin məlumatlarına əsasən, Azərbaycanda 631 hakim fəaliyyət göstərir. Bu, hər 100 min nəfərə 6,2 hakim deməkdir. Müqayisə üçün, müvafiq göstərici Gürcüstanda 9,9, Ukraynada 11,1, Moldovada isə 16,7-dir. Ölkəmizdə məhkəmə orqanlarının iş yükünün çox olduğunu nəzərə alsaq, hakim və vəkillərin sayının artırılması, eyni zamanda pulsuz hüquqi yardımın əhatə dairəsinin genişləndirilməsi vacibdir. Digər məsələ hüquqi yardımın qiyməti ilə bağlıdır. “ASAN xidmət”in rəsmi səhifəsində şifahi hüquqi məsləhətin qiyməti 70 manat, kassasiya şikayətinin hazırlanması və vəkilin məhkəmədə iştirakı isə 400 manat olaraq göstərilib. Məhkəmədə hüquqi yardımın digər xidmətlər üzrə qiyməti tərəflərin razılaşmasından asılı olaraq dəyişir. Hüquqi yardımın maliyyələşdirilməsi ilə bağlı müqavilələrdə ciddi uzlaşma tələb edən məqamlar da var. Müvafiq qaydaların 12.1-ci maddəsinə əsasən, peşəkar hüquqi yardım üçün hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,10275 misli məbləğində ödəniş nəzərdə tutulur. 2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat olduğundan, bu məbləğ saatda təxminən 41 manat təşkil edir. İlkin hüquqi yardımın hər bir xidməti üzrə isə minimum aylıq əməkhaqqının 0,1015 misli, yəni 40,60 manat ödəniş müəyyənləşdirilir".

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR