Logo

Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycanda özəl məhkəmə ekspertlərinin vergi və sosial sığorta öhdəliklərinin müəyyənləşdirilməsi təklif olunub.

Sfera.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar.

Onların ekspertiza xidmətlərinə görə əldə etdikləri gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab ediləcək və xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Eyni zamanda, özəl məhkəmə ekspertləri hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim etməli, hesablanmış vergini isə hər ay növbəti ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.

Dəyişikliklərə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına da cəlb olunacaqlar. Onlar xərclər çıxıldıqdan sonra qalan gəlirlərinin 15 faizi miqdarında sosial sığorta haqqı ödəyəcəklər. Bundan başqa, vergi ödəyicisi kimi uçota alınan özəl məhkəmə ekspertlərinin tibbi sığorta üzrə sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR