Kadırov and içib vəzifəsinin icrasına davam etdi

Kadırov and içib vəzifəsinin icrasına davam etdi
Kateqoriya məlum deyil
T

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yeni səlahiyyət müddətinin icrasına başlayıb.


Sfera.az xəbər verir ki, Qroznıda Kadırovun Çeçenistan rəhbəri vəzifəsinə rəsmi andiçmə mərasimi keçirilib.


Sentyabrda keçirilən seçkilərdə “Vahid Rusiya” Partiyasının namizədi olan Ramzan Kadırov 99,85 faiz səs toplayaraq qalib gəlib. Bu, onun 2016 və 2021-ci illərdəki seçkilərdə əldə etdiyi nəticələrdən yüksək göstəricidir.
Kadırov mərasimdə rus və çeçen dillərində and içib. O, vətəndaşların hüquq və azadlıqlarına hörmət və riayət edəcəyini, Rusiya Federasiyası və Çeçenistan konstitusiyalarına əməl edəcəyini, çoxmillətli xalqa sədaqətlə xidmət göstərəcəyini bildirib.


Andiçmə mərasimində Kadırovu oğlu Adam Kadırov müşayiət edib. Çeçenistan rəhbərinin köməkçisi və Təhlükəsizlik Şurasının katibi olan Adam Kadırov mərasimə atası ilə birlikdə milli geyimdə qatılıb.


Qeyd edək ki, Ramzan Kadırov yeni səlahiyyət müddətinə 50 illik yubileyi günündə başlayıb.

Firuzə Əliyeva
Sfera.az

veto xəbərini Bəsti verib səhər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR