Trampı təhdid edən şəxs saxlanıldı

Trampı təhdid edən şəxs saxlanıldı
Kateqoriya məlum deyil
T

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələmə, kiber təqib, həmçinin prezidentin şəxsi vəkili və onun ailəsini təqib etmə ittihamları ilə saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Kaliforniyanın prokuror aparatı məlumat yayıb.

Qurumun məlumatına görə, Sautvort Trampa və onun tərəfdarlarına hədə-qorxu gəlmək və nifrət bildirmək üçün "YouTube", "Instagram" və "TikTok" hesablarından, həmçinin öz saytından istifadə edib.

İttihamlar federal böyük andlılar heyəti tərəfindən təsdiq edilmiş üç bənd üzrə irəli sürülüb.

Təqsirli bilinəcəyi təqdirdə, Sautvortu ümumilikdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR