Tramp: "Tehran rəhbərliyi anlaşma üçün Vaşinqtona müraciət edir"

Tramp: "Tehran rəhbərliyi anlaşma üçün Vaşinqtona müraciət edir"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın “çökməkdə olan ölkə” olduğunu iddia edərək, Tehranla görüşmək istəyən tərəfin Vaşinqton deyil, İran olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Donald Tramp sosial media hesabında “Fox News” müxbiri Conatan Hantın İranla bağlı hazırladığı xəbərə münasibət bildirərək jurnalistin materialını “səhv” adlandırıb və ABŞ-nin İranla görüşmək niyyətində olmadığını, əksinə, Tehran rəhbərliyinin anlaşma üçün Vaşinqtona müraciət etdiyini iddia edib.

Tramp başqa bir paylaşımında isə İranı “çökməkdə olan ölkə” kimi xarakterizə edib. “Görüşmək istəyən mən deyiləm, onlardır. Hətta anlaşma əldə etmək üçün yalvarırlar”, – deyə Tramp bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR