Minlərlə sirli varlıq çimərlikləri zəbt etdi: Zəhərlidir?

Minlərlə sirli varlıq çimərlikləri zəbt etdi: Zəhərlidir?
Kateqoriya məlum deyil
T

Böyük Britaniyanın Kambriya qraflığındakı çimərliklərə meduzaya bənzəyən minlərlə mavi dəniz canlısı çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yerli sakin Luiza Nikolson əvvəlcə bu qəribə canlıları dəniz yosunu hesab etdiyini və onlardan birini götürmək istədiyini deyib.

"Onlar həqiqətən çox gözəldirlər, cəmi beş santimetr ölçüdədirlər", - deyə o bildirib.

Mütəxəssislər müəyyən ediblər ki, sahilə çıxan bu canlılar velella", başqa adı ilə "yelkənçi" koloniyalarıdır.

Velella meduzaların və poliplərin yaxın qohumu olan kolonial dəniz orqanizmidir. Digər poliplərdən fərqli olaraq, dənizin dibinə yapışmır, mavi-bənövşəyi rəngli üçbucaq formalı "yelkəni" sayəsində suyun səthində küləyin təsiri ilə hərəkət edir. O, planktonla qidalanır və çoxalma zamanı yeni velellaların yaranmasına səbəb olan kiçik meduzalar əmələ gətirir.

Görünüşünə görə ölümcül zəhərə malik Portuqaliya gəmiçi meduzasına bənzəsə də, velellanın zəhəri insanlar üçün demək olar ki, təhlükəli sayılmır. Buna baxmayaraq, dəniz bioloqları ehtiyat məqsədilə bu canlılara toxunmamağı tövsiyə edirlər./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR