Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi
Kateqoriya məlum deyil
T

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda kömür mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.

Sfera.az xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib.

“Pakistanın Bəlucistan vilayətində kömür mədənində bir çox insanın ölümünə və xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, həmçinin qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığımızı çatdırırıq.

Yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş bütün şəxslərin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR