Aİ məşhur Avropa partiyasına qadağa qoymaq istəyir

Avropa İttifaqında Almaniyanın müxalifət partiyası “Almaniya üçün Alternativ”in (AfD) daxil olduğu “Avropa Suveren Millətləri” (ESN) partiyasının qadağan olunması ilə nəticələnə biləcək araşdırmaya başlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, araşdırmanın məqsədi ESN-in Avropa İttifaqının əsas dəyərlərini pozub-pozmadığını müəyyənləşdirmək və partiyanın Avropa səviyyəsində fəaliyyətinin qadağan edilməsinin mümkün olub-olmadığını qiymətləndirməkdir.
Araşdırma çərçivəsində Avropa İttifaqı Şurası, Avropa Parlamenti və Avropa Komissiyasının nümayəndələrinin daxil olacağı “müstəqil nüfuzlu şəxslər komitəsi” yaradılacaq.
Məlumata görə, iki keçmiş yüksək vəzifəli dövlət məmuru da bu prosesdə iştirak edəcək.
Bundan əvvəl Almaniya kansleri Fridrix Mertsın NATO qüvvələrinin şərq istiqamətində hərəkətinə mane ola biləcək bölgələrlə bağlı gizli plan hazırladığı barədə məlumat yayılmışdı.
İddialara görə, Almaniya hakimiyyəti AfD-nin ölkənin şərq federal torpaqlarından müttəfiq qoşunların keçidinə mane ola biləcəyindən narahatdır.
İnci
Sfera.az





