İran bu neft tankerinə zərbələr endirdi

Kateqoriya məlum deyil
T
İran Hörmüz boğazında “Prima” adlı neft tankerini hədəfə alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında yayımlanan açıqlamada yer alıb. Bildirilib ki, tanker Hörmüz boğazında hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər və təhlükə barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) etdiyi xəbərdarlıqlara əməl etməyib. Nəticədə gəmiyə pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
“Bu gün səhər saatlarında “Prima” adı ilə tanınan neft tankeri HDQ tərəfindən Hörmüz boğazında hərəkətin qadağan edilməsi və təhlükə barədə edilən çoxsaylı xəbərdarlıqları nəzərə almadıqdan sonra dron hücumuna məruz qalıb”, -deyə bəyanatda qeyd olunub.
Fidan Hacızadə
Sfera.az
