İran Azərbaycana hücum planı hazırlayıb? - Pezeşkiandan AÇIQLAMA

İran Azərbaycana hücum planı hazırlayıb? - Pezeşkiandan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın ünvanına mümkün hücumla bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Pezeşkian bu iddiaları əsassız və şayiə adlandırıb. O, məsələ ilə bağlı fikirlərini Rusiyanın prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı səsləndirib.

 

İran liderinin sözlərinə görə, rəsmi Tehran qonşu dövlətlərə qarşı hər hansı hücum planı hazırlamayıb və belə bir niyyət də yoxdur. O bildirib ki, ölkəsinin əsas məqsədi yalnız öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaqdır.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ