“Tokayevə minnətdarlığımı bildirirəm”

"Tokayevə minnətdarlığımı bildirirəm"
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

 

Sfera.az  xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.

 

Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.

PAYLAŞ