“İranın Təxribatı və Azərbaycanın Qəti Mövqeyi"

"İranın Təxribatı və Azərbaycanın Qəti Mövqeyi"
Kateqoriya məlum deyil
T

"İranın Naxçıvan istiqamətində həyata keçirdiyi dron hücumu regionda onsuz da kövrək olan təhlükəsizlik arxitekturasına birbaşa zərbə vurmaqla yanaşı, rəsmi Tehranın beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə olan etinasızlığını növbəti dəfə nümayiş etdirdi".

 

Sfera.az bildirir ki, bu fikirləri politoloq Əfsanə İbrahimova deyib. O bildirib ki, Azərbaycan tərəfi bu təxribatı dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı qəbulolunmaz qəsd kimi qiymətləndirərək, baş verənlərə ən kəskin diplomatik və hərbi cavabın veriləcəyini bəyan etdi:

 

"Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının təcili iclasında səsləndirdiyi "Azərbaycanın səbri sonsuz deyil, bizim torpağımıza və suveren hüquqlarımıza yönələn hər bir təhdid yerindəcə məhv ediləcəkdir. Bu fikri Bakının bu məsələdəki qətiyyətli mövqeyinin əsas sütununu təşkil edir. Dövlət başçısı qeyd etdi ki, regionda sabitliyi pozmaq istəyən qüvvələr anlamalıdırlar ki, Azərbaycanın hərbi qüdrəti və müasir müdafiə sistemləri istənilən hava hücumunu dəf etməyə tam qadirdir və Naxçıvanın təhlükəsizliyi dövlətimiz üçün qırmızı xətdir".

 

 Bakı bu hücumu təkcə bir lokal insident kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlara qarşı yönəlmiş uğursuz bir cəhd kimi görür. Xüsusilə Zəngəzur dəhlizi və strateji kommunikasiyaların açılması ərəfəsində belə bir addımın atılması İranın bölgədəki destruktiv rolunu və sülh prosesinə mane olmaq niyyətini açıq şəkildə üzə çıxardı. Azərbaycanın xarici siyasət idarəsi və hərbi komandanlığı vurğulayır ki, heç bir kənar qüvvə Azərbaycanı öz haqlı yolundan döndərə bilməz və istənilən təcavüzkar addım daha ağır nəticələrlə qarşılanacaqdır. Prezidentin Şura iclasındakı "Biz heç kimin torpağına göz dikməmişik, amma öz payımızı da heç kimə verməyəcəyik" mesajı bir daha sübut edir ki, Naxçıvanın səması və torpağı sarsılmaz qala kimi qorunur və hər hansı bir xarici müdaxilə cəhdi Ermənistanın işğalçılıq siyasətinin acı aqibətindən dərs çıxarmayanlar üçün ağır dərs olacaqdır".

 

Ə.İbrahimova bildirib ki, bu təhlükəli gərginlik fonunda Azərbaycan Silahlı Qüvvələrinin ali rəhbərliyi tərəfindən verilən əmrlər bütün strateji nöqtələrin, xüsusən də muxtar respublikanın hava məkanının tam nəzarətə götürülməsini təmin edir. İran tərəfinin bu cür aqressiv ritorika və hərəkətləri nəinki ikitərəfli münasibətlərə kölgə salır, həm də regiondakı digər güclərin proseslərə müdaxiləsinə şərait yaradaraq gərginliyi idarəolunmaz həddə çatdırır:

 

"İlham Əliyev iclasda bir daha vurğuladı ki, Azərbaycanın hərbi arsenalı və texnoloji üstünlüyü qarşı tərəfin istənilən sürpriz hücumuna anındaca cavab vermək üçün hazırdır. Bu kontekstdə Naxçıvan Ordusunun çevik reaksiya qabiliyyəti və düşmən hədəflərini dərhal zərərsizləşdirməsi göstərdi ki, Azərbaycan öz hüdudlarını ən yüksək səviyyədə müdafiə etmək iqtidarındadır. Beynəlxalq birliyin bu hadisəyə susqunluğu və ya ləng reaksiyası fonunda Bakı öz təhlükəsizlik tədbirlərini yalnız öz daxili gücü və müttəfiqləri ilə koordinasiyalı şəkildə qurmaqda davam edəcək. Dövlət başçısının qətiyyəti onu deməyə əsas verir ki, regionda heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz və hər bir xarici müdaxilə cəhdinin siyasi, diplomatik və hərbi bədəli gözləniləndən daha ağır olacaqdır. Sonda bir daha qeyd olunmalıdır ki, Naxçıvana edilən bu hücum əslində Azərbaycan dövlətinin iradəsinin sınağa çəkilməsi cəhdidir, lakin rəsmi Bakı bu sınaqdan daha güclü və daha qətiyyətli çıxaraq öz suverenliyinin sarsılmazlığını bütün dünyaya bəyan etmiş oldu".

 

Əfsanə İbrahimova,

YAP ŞİRVAN ŞƏHƏR FƏALI 

PAYLAŞ