İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

İranla sərhəddəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.  

 

Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.  

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

PAYLAŞ