Əfqanıstan–Pakistan sərhədində gərginlik artır

Pakistan ilə Əfqanıstan arasındakı sərhəddə gərginlik artmaqda davam edir.
Sfera.az bildirir ki, Pakistan tərəfinin yaydığı məlumata görə, həyata keçirilən əməliyyatlar və qarşılıqlı hücumlar zamanı Əfqanıstan tərəfində 481 nəfər ölüb, 696 nəfər isə yaralanıb.
Pakistanın İnformasiya Naziri Attaullah Tarar bildirib ki, Kabil tərəfdə 226 nəzarət məntəqəsi, həmçinin 198 tank, zirehli nəqliyyat vasitəsi və artilleriya qurğusu məhv edilib. Onun sözlərinə görə, əlavə olaraq 35 nəzarət məntəqəsi ələ keçirilib.
Son dövrlərdə sərhəd bölgəsindəki qarşıdurmalar Pakistan tərəfindən “terror düşərgələri” adlandırılan hədəflərə yönəlmiş hücumlarla davam edir. Daha əvvəl Kabil tərəfi qarşılıqlı atışmalar zamanı 52 nəfərin öldüyünü, 66 nəfərin yaralandığını açıqlamışdı.
