İranda siyasi quruluş dəyişəcək? - AÇIQLAMA

İranda siyasi quruluş dəyişəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik və beynəlxalq təzyiqlər fonunda İranın daxili siyasi gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə ABŞ və İsrail ilə münasibətlərin kəskinləşməsi, sanksiyaların davam etməsi və regiondakı güc balansının dəyişməsi fonunda İranın mövcud idarəetmə modelinin davamlılığı sual altına alınır.

 

Son illərdə iqtisadi çətinliklər, sosial narazılıqlar və beynəlxalq təcrid İran daxilində islahat və ya dəyişiklik çağırışlarını artırıb.

 

Maraqlıdır, Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik və beynəlxalq təzyiqlər fonunda İranın siyasi quruluşu dəyişəcəkmi?

 

Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, bu müharibənin nəticələri birbaşa olaraq regionun gələcək siyasi düzənindən və güc balansının necə formalaşacağından asılı olacaq. Onun sözlərinə görə, görünən mənzərə ondan ibarətdir ki, ABŞ-nin İranın siyasi quruluşunun dəyişməsində marağı yoxdur:

 

 

“ABŞ üçün əsas məsələ İranın siyasi quruluşunun formal şəkildə dəyişdirilib-dəyişdirilməməsi deyil. Daha çox diqqət İranın mövcud siyasət kursunun transformasiyasına, xüsusilə də Vaşinqtonun strateji maraqları ilə uzlaşmasına yönəlib. Burada söhbət enerji resurslarının ABŞ və Qərb şirkətləri ilə birgə işlənməsi, neft-qaz layihələrində əməkdaşlıq formatının dəyişməsi, eləcə də rəsmi Tehranın regional siyasətinin yenidən formalaşdırılmasından gedir. Eyni zamanda, nüvə proqramı, uranın zənginləşdirilməsi prosesi və regiondakı silahlı qruplaşmalara dəstək məsələləri ABŞ və İsrail tərəfindən əsas tələblər kimi irəli sürülür”.

 

Politoloq vurğulayıb ki, bu proseslər cəmiyyət üçün ciddi suallar və dilemmlar yaradır:

 

“Əgər məqsəd demokratikləşmə və siyasi institutların islahı deyilsə, onda baş verənlərin hansı nəticələrə gətirib çıxaracağı sualı aktuallaşır. Son onilliklərdə İraq, Suriya, Liviya və Venesuela kimi ölkələrdə baş verən hadisələr göstərir ki, proseslərin əsas motivasiyası demokratiyanın ixracı deyil, daha çox ABŞ üçün potensial təhdid hesab olunan faktorların neytrallaşdırılmasıdır. Bu baxımdan, mümkün ssenarilərin regionda sabitlik, təhlükəsizlik və sosial rifah baxımından hansı təsirlərə malik olacağı hələ də açıq qalır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ