Bolqarıstan Prezidenti: \"“Həmrəylik halqası” təşəbbüsü regionun enerji təchizatı üçün vacibdir\"

Bolqarıstan Prezidenti: \

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin mühüm aspektidir.

 

Sfera.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

 

“Ölkələr arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir. 2022-ci ildə Azərbaycan, Yunanıstan və Bolqarıstan arasında saziş imzalanıb. Avropa İttifaqı da bu təşəbbüsü alqışlayıb. Bundan sonra Prezident Əliyev bir daha Bolqarıstana səfər edib və biz “Həmrəylik halqası” təşəbbüsü ilə bağlı sənəd imzaladıq ki, bu da bütün regionun enerji təminatı üçün çox vacibdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sofiyada da ofis açıb”, - o bildirib.

 

Bolqarıstan Prezidentinin sözlərinə görə, enerji sahəsində əməkdaşlıqla yanaşı, nəqliyyat, təhsil sahəsində əməkdaşlıq da yüksək səviyyədədir: “Bütün bunlar bir daha təsdiqləyir ki, biz bu gün Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalamışıq”.


OXŞAR XƏBƏRLƏR

Sabah Zelenskinin səlahiyyət müddəti BAŞA ÇATIR: "Konstitusiyaya əsasən..."

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır.   Sfera.az bildirir ki, buna baxmayaraq Ukrayna lideri...

Evli insanların xəyanət etməsinin ƏSAS SƏBƏBLƏRİ: "Qadınlar daha çox..." 

Cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biri də evli insanların həyat yoldaşlarına xəyanət etməsidir.   Bəs nəyə görə evli insanlar başqaları i...

Əli Əsədov İranın Birinci vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiə...

Sahibə Qafarova iranlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin hel...

Azərbaycan və Tacikistan 8 ikitərəfli sənəd İMZALADI

Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair&n...

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı İCRA OLUNDU - FOTO

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.   Sfera.az xəbər verir ki, 59 yaşlı pasiyent üzərində ...