Gürcüstanda etirazlar DAVAM EDİR: ““Rus qanunu” qəbul edilərsə…” 

Gürcüstanda etirazlar DAVAM EDİR: ““Rus qanunu” qəbul edilərsə…” 

Gürcüstanda intensiv etiraz aksiyaları davam edir. Bu etiraz aksiyalarının əsas səbəbi parlamentdə bir neçə həftə öncə qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Qanuna görə, bundan sonra öz gəlirlərinin 20%-dən çoxu xaricdən maliyyələşən istənilən təşkilat dövlət qurumunda qeydiyyatdan keçməlidir. Eyni zamanda, həmin təşkilatların adları “xarici agent” kimi deyil, əksinə, “xarici dövlətdən dəstəklənən təşkilat” kimi qeyd olunacaq.

 

Tənqidçilər bu qanunun Rusiyada qəbul edilmiş bədnam “xarici agent” qanununun analoqu olduğunu iddia edirlər.

 

Rusiyada sözügedən qanun qəbul edildikdən sonra mütərəqqi qüvvələrə qarşı repressiyalar artıb, müstəqil medialar bağlanmağa məcbur olub. Digər tərəfdən, bəzi ABŞ senatorları aprelin 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə məktublarında xəbərdarlıq ediblər ki, ölkə parlamenti “rusiyasayağı qanunu” qəbul edərsə, Vaşinqtonun Tbilisiyə münasibətdə siyasəti dəyişə bilər.

 

Avropa İttifaqı rəsmiləri isə bildiriblər ki, qanunun qəbulu Gürcüstanın İttifaqa üzvlük prosesini dayandıra bilər. Qeyd edək ki, ötən il Gürcüstana müəyyən şərtlər daxilində Aİ üzvlüyünə namizədlik statusu verilib.

 

Həmçinin, qanun ölkədə müxalifətin etirazları ilə də müşahidə olunub.

 

Gürcüstanda etirazlar inqilaba gətirib çıxara bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq, hakim partiya sözügedən qanunun qəbul edilməsində israrlıdır. O xatırladıb ki, “Gürcü Arzusu” partiyasının fəxri lideri Bidzina İvanaşvili ötən gün Tiflisdə 120 minlik mitinq keçirib:

 

“O, bu qanunun müəllifi və prosesin arxasında özünün olduğu ilə bağlı mesaj verib. Fikrimcə, 120 minlik mitinqin keçirilməsi Qərbə əzələ nümayişidir. Həmçinin bununla bağlı hakimiyyət geri çəkilməyəcəyi istiqamətində mövqeyini ortaya qoyub. Müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamlı mitinq xalqın hakimiyyətin yanında olduğunun göstəricisidir”.

 

Ekspert bildirib ki, müxalifətin parlament qarşısında 2 minə yaxın etirazçı ilə mitinq təşkil etməsi, xalqın buna dəstək verməməsi onların geri çəkilməsinə gətirib çıxaracaq:

 

“Bu qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəiflədəcək, ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq. Həmçinin, qanun qəbul edildikdən sonra, Qərblə Gürcüstan hakimiyyəti arasında konfontrasiya da müvəqqəti xarakter daşıyacaq. Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Cennifer Lopezin keçmiş sevgilisi qadın döydüyünə görə üzr istədi

Reper Kombs çətin anlar yaşayır. Onun adı adı növbəti dəfə qalmaqalda hallanır. Davranışına görə üzr istəməsinə baxmayaraq, əksər izləyicilər onun səmimili...

Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan XƏBƏRDARLIQ

Son günlər qızdırmadan ölənlərin sayı artıb.   Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakteri...

Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu...

Nazir Əhməd Vahidliyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidliyə başsağlığı verib.   Sfera.az xəbər veri...

Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Müğənni Cennifer Lopez və Ben Afflek boşanma xəbərləri arasında birlikdə görüntüləniblər. Məşhurlar bazar günü Kaliforniyanın Brentvud şəhərində keçirilən ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elek...