Tayvanın yeni prezidenti: “Zorbalığı dayandırın"

Tayvanın yeni prezidenti: “Zorbalığı dayandırın

Tayvanın yeni prezidenti Lai Qingde bu gün prezident aparatının qarşısında ilk çıxışını edib. O, Çinə üz tutaraq rəsmi Pekini ölkəsini qorxutmağı dayandırmağa çağırıb. Qeyd edək ki, Çin Tayvan adasını öz ərazisi hesab edir.

 

Sfera.az xəbər verir ki, Tayvan prezidenti Lai Qingde andiçmə çıxışında Çindən hərbi və siyasi təhdidləri dayandırmasını istəyib. Rəsmi Pekin Laini separatçı hesab etməkdə davam edir.

 

"Mən həmçinin Çini Tayvanı siyasi və hərbi zorakılığa dayandırmağa, Tayvanın qlobal məsuliyyətini öz üzərimə götürməyə və müharibənin başlamaması üçün Tayvan boğazında və bölgədə sülh və sabitliyin qorunması üçün çox çalışmaq istəyirəm"- deyə yeni prezident çıxışında bildirib.

 

O, həmçinin bütün dünyaya səslənərək: 

 

“Tayvan demokratiya və azadlıq məsələlərində heç bir güzəştə getmir”- deyə qeyd edibx 

 

"Sülh yeganə seçimdir və rifah bizim uzunmüddətli sülh və sabitlik üçün hədəfimizdir"-deyə Tayvanın yeni prezidenti çıxışını yekunlaşdırıb.

 

Çin Xarici İşlər Nazirliyi Lainin andiçmə mərasimini şərh edərkən, Tayvanın müstəqilliyinin “dalan nöqtə” olduğunu və hansı bayraq altında olmasından asılı olmayaraq, Tayvanın müstəqilliyinin iflasa məhkum olduğunu bildirib.

 

Qeyd edək ki, Çin dəfələrlə Laini yanvarda keçiriləcək seçkilər ərəfəsində müharibə riskini gözləyən separatçı adlandırıb.

 

İngilis adı Uilliam olan 64 yaşlı Lainin seçkilərdə qalib gəlməsindən sonra Tayvan ada yaxınlığında müntəzəm hava və donanma əməliyyatları da daxil olmaqla Çinin təzyiqi ilə üzləşib.


Tsai İnq-veni əvəz edən Lai isə qətiyyətlə: “insanlar təhlükəyə qarşı realist olmalı və Tayvan özünü müdafiə etmək əzmini nümayiş etdirməlidir” fikrindədir. 
Tayvan Müdafiə Nazirliyi bazar ertəsi Çinin son 24 saat ərzində gündəlik hesabatında, altı Çin təyyarəsinin Tayvan boğazının median xəttini keçdiyini bildirib.


Nazirliyin təqdim etdiyi xəritəyə görə, təyyarələrdən ən azı biri Tayvanın şimalındakı Keelunq liman şəhərinin 80 km-liyində uçduğunu qeyd edib. Son illərdə bu cür müdaxilələr getdikcə daha çox yayılmışdır.


Tayvan prezidentinin andiçmə mərasimində ABŞ rəsmiləri, Yaponiya, Almaniya və Kanada diplomatları, həmçinin Paraqvay prezidenti Santyaqo Penya kimi Tayvanla hələ də rəsmi diplomatik əlaqələr saxlayan 12 ölkənin bəzi rəhbərləri iştirak ediblər.

 

ABŞ dövlət katibi Antoni Blinken Laini təbrik edərək, Birləşmiş Ştatların onunla əməkdaşlığı səbirsizliklə gözlədiyini bildirib.

 

Lai mərasimdə prezidentlik səlahiyyətini simvolizə edən möhürləri, o cümlədən Çin Respublikasının möhürü və fəxri möhürü alıb. Bu möhürlər 1949-cu ildə Çin vətəndaş müharibəsində məğlub olduqdan sonra Tayvana qaçan respublika hökuməti tərəfindən buraya gətirilib.


Xatırladaq ki, ötən həftə Tayvan parlamentində deputatlar arasında genişmiqyaslı dava olub. Yeni seçilmiş prezidentin partiyası Demokratik Tərəqqi Partiyası (DPP) yanvar seçkilərində parlament çoxluğunu itirib. Nəticədə müxalifətin irəli sürdüyü parlament islahatları ilə bağlı iclas zalında münaqişə başlayıb. 

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...