Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix AÇIQLANDI
![Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix AÇIQLANDI](https://sfera.az/photo/orginal/2024/05/20/1716233704_acv.jpg)
23:35 / 20.05.2024
8493
Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
Sfera.az xəbər verir ki, bunu “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:
“Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir”.