Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Mayın 20-23-də magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək üçün qabiliyyət imtahanlarına qeydiyyat aparılacaq.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı mayın 23-ü saat 23:59-dək aparılacaq.

 

Qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...